B2B LAYİHƏLƏR ÜÇÜN GÜVƏNLİ TƏCHİZAT
Haqqımızda
Azərbaycanda təsis edilmiş, sənaye, enerji və infrastruktur layihələri üçün məhsul təchizatı üzrə ixtisaslaşmış şirkətdir. Şirkət korporativ, sənaye və dövlət yönümlü layihələrin tələblərinə uyğun, texniki və normativ standartlara cavab verən məhsulların təmin edilməsinə fokuslanır.
CNR Group-un əsas gücü Asiya və Avropa üzrə formalaşdırılmış geniş və etibarlı təchizat bazasıdır. Bu struktur məhsulların vaxtında çatdırılmasını, keyfiyyətin sabitliyini və sənədləşmənin tamlığını təmin etməyə imkan verir.
Keyfiyyətə Nəzarət və Uyğunluq
Bizim üçün məhsulun keyfiyyəti onun müşayiətedici sənədlərindən başlayır.
Keyfiyyətə Nəzarət Prosesi: Hər bir məhsul partiyası anbara daxil olmazdan əvvəl zavod sertifikatları və texniki pasportları əsasında yoxlanılır.
Beynəlxalq Standartlar: Tədarük edilən bütün mallar ISO, API, ASTM və digər müvafiq qlobal standartlara cavab verir.
Şəffaflıq və məlumatlandırma: Təchizat prosesinin gedişatı ilə bağlı müştərilərə sifarişin mövcud mərhələsi ilə bağlı dəqiq və şəffaf məlumat təqdim edilir.

